RU

Şərab oliqarxı Naiq Məmmədhəsənov çoxlu qalmaqalların məngənəsində...

Qızı və şərikləri tərəfindən məhkəməyə verilən iş admın oğlu da Fransada həbs edilə bilər...

Tovuz-Baltiya” MMC-nin rəhbəri, məşhur iş adamı Naiq Məmmədhəsənov qalmaqallar içindədir. Bir müddət öncə açıqlamasın görə bankdan üzr istəyən, ardınca Ədliyyə Nazirliyi ilə məhkəmə çəkişməsində olan şərab oliqarxı heç demə qızı Günel Məmmədhəsənova tərəfindən də məhkəməyə verilibmiş.

Poliqon “Alfaxeber” Youtebe kanalına istinadən xəbər verir ki, buna səbəb tərəflərin şikətin səhmləri məsələsində razılığa gələ bilməməsi olub. Tərəflər arasında gərginliyi artıran digər bir amil isə ikinci dəfə ailə həyatı quran Naiq Məmmədhəsənovun həyatında başqa bir xanımın olması ehtimalıdır. Məlumat üçün qeyd edək ki, Günel Məmmədhəsənova həm də “Tovuz Reatil” MMC-nin təsisçisidir.

Naiq Məmmədhəsənovun içində olduğu daha bir hüquq çəkişməsi isə paytaxtın üçüncü mikrorayon bazarı ilə bağlıdır. Vaxtiylə iki iş adamı tərəfindən qurulan bazara sonradan üçüncü şərik qismində daxil olan Naiq Məmmədhəsənov, bu gün bütün bazarın sahibliyinə iddia edir. Elə bu səbəbdən də keçmiş şəriklər arasında gərginlik güc orqanları və məhkəmə zallarına daşınmaqdadır.

Naiq Məmədhəsənovun sabiq şərikləri hesab edir ki, min bir əziyyətlə qurduqları bazara “Tovuz-Baltiya” MMC rəhbərinin iddia etməsi həm qanun, həm də ədalət baxımından yolverilməzdir.

Həmçinin Naiq Məmmədhəsənovun oğlunim Fransadakı axtarışa verilməsi ilə bağlı da məlumat var. Naiq Məmmədhəsənovun oğlunun Fransda bir xanımı döydüyünə görə axtarışa verildiyi bildirilir.

Onu da qeyd edək ki, ölkənin spirtli içki bazarında aparıcı yer tutan Naiq Məmmədhəsənov, Bakı, Tovuz və respublikanın bir çox şəhərlərində çoxlu sayda müxtəlif təyinatlı obyektlərə, restoran və digər ictimai iaşə obyektlərinə sahibdir.

Poliqon.info

Избранный
19
1
poliqon.info

2Источники