RU

İsrail Mərakeşə ATMOS 2000 ÖAQ-larını tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti Mərakeş Silahlı Qüvvələrinə 36 ədəd ATMOS 2000 özüyeriyən artilleriya qurğusunu (ÖAQ) tədarük etmək üçün müqavilə imzalayıb.

“Poliqon” “La Tribune” nəşrinə istinadən xəbər verir ki, bu qərar Mərakeş Silahlı Qüvvələri ilə Fransanın “KNDS France” (əvvəlki adı “Nexter Systems”) şirkəti arasında artan gərginlikdən sonra verilib.

Tərəflər arasındakı narazılıq Mərakeşin 2020-ci ildə sifariş etdiyi və 2022-ci ildə “KNDS France” şirkətindən təhvil aldığı CAESAR özüyeriyən artilleriya qurğularında təkrarlanan texniki nasazlıqlardan qaynaqlanır.

Nəşrin məlumatına görə, CAESAR-larla bağlı problemlər ilkin çatdırılmadan bir az sonra üzə çıxıb. Mərakeş Silahlı Qüvvələrinin şikayətlərinə baxmayaraq “KNDS France” onlara gec cavab verib. Hazırda da Mərakeş Silahlı Qüvvələrinin inventarındakı CAESAR ÖAQ-lar işlək vəziyyətdə deyil.

Bütövlükdə, “KNDS France” şirkətinin müştərinin tələblərini nəzərə almaq istəməməsi onları başqa istehsalçılara yönəldib və yaranan fürsətdən istifadə edən “Elbit Systems” Mərakeş Silahlı Qüvvələrinə ATMOS 2000 ÖAQ-larını satıb.

Qeyd olunub ki, “KNDS France”ın Mərakeşdəki uğursuzluğu Fransanın digər hərbi məhsul istehsalçılarına da təsir göstərib. Belə ki, bu məsələ Mərakeş Silahlı Qüvvələrinə zirehli nəqliyyat vasitələri satmaq istəyən “Arquus” şirkətinin də uğursuzluğuna səbəb olub.

Избранный
4
poliqon.az

1Источники