RU

Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalar verməkdə davam edir

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı yenidən qalmaqallı açıqlamalar verib.

TurkicWorld xəbər verir ki , o, Qəzzanın ABŞ-ın sahibliyinə keçəcəyini iddia edib.

Tramp, İsrailin hücumları nəticəsində xarabalığa çevrilmiş Qəzzanı “daşınmaz əmlak layihəsi” kimi dəyərləndirib.
“Bunu böyük bir daşınmaz əmlak sahəsi kimi düşünün. Birləşmiş Ştatlar ona sahib olacaq və onu yavaş-yavaş quracaq”. - deyə bildirib.

Tramp, Fələstin xalqının məcburi köçkünlüyünü və Qəzzalıların geri qayıtmasına icazə verilməsinin “böyük səhv” olacağını iddia edib. O, “Qəzza yenidən qurulacaq. Orada heç kim, HƏMAS da olmayacaq. Biz onu Yaxın Şərqdəki çox zəngin ölkələr vasitəsilə inşa edəcəyik” sözləri ilə Fələstin xalqının taleyini görməzdən gəlib.

Tramp, Qəzzalıların ABŞ-a qəbul edilib-edilməyəcəyi sualına isə, “Mən buna baxmalıyam. Düşünürəm ki, onların bura gəlməsi uzun bir yoldur”- deyə cavablayıb.

O, Qəzzalıların təhlükəsizliyinin təmin olunması üçün Misir, İordaniya və digər ölkələrin yardım etməli olduğunu bildirib. “Ümid edirik ki, Səudiyyə Ərəbistanı və digər varlı ölkələr bu məsələyə müəyyən qədər maliyyə ayıracaqlar. Onların kifayət qədər böyük pulları var və bu pulu insanların rahat və təhlükəsiz olması üçün xərcləyə bilərlər” - deyə əlavə edib.

Избранный
20
turkic.world

1Источники