Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin inzibati binasında və 1, 2, 6, 7 saylı Bakı, Sabirabad, Ağcabədi və İmişli, Naxçıvan, Masallı və Lənkəran, Tovuz, 1 saylı Gəncə və 2 saylı Gəncə, Şamaxı, Şəki, 1 saylı Sumqayıt və 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, məbləğ 3 913 102 manatdır.
Agentlik “Təmizliyin İncisi” MMC ilə bir neçə müqavilə bağlayıb.
Cabir Həsənov
Tarix: 10 Fevral 2025, 10:50