RU

Tramp Misir və Səudiyyə Ərəbistanı liderləri ilə görüşmək niyyətindədir

ABŞ-nin sabiq prezidenti Donald Tramp Misir lideri Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşməyi planlaşdırır.

Olaylar.az xəbər verir ki, Tramp bu barədə bazar günü açıqlama verib.

Luiziana ştatına uçarkən jurnalistlərin suallarını cavablandıran Tramp, "Yeri gəlmişkən, mən onlarla bir neçə dəfə görüşəcəyəm", - deyə bildirib. Bununla belə, görüşlərin vaxtı və yeri barədə ətraflı məlumat verməyib.

Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə konkret hansı mövzuları müzakirə edəcəyini açıqlamasa da, ərəb liderlərini Qəzza zolağından fələstinlilərin öz ərazilərinə köçürülməsinin zəruriliyinə inandıra biləcəyinə əminliyini ifadə edib. "Onları niyə qəbul etməkdə tərəddüd edirlər? Çünki mənimlə danışmadılar", - deyə Tramp vurğulayıb. "Mənimlə danışanda onları qəbul edəcəklər", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
1
olaylar.az

2Источники