RU

ABŞ Kanadanı ilhaq etmək istəyir? - Trampın müşavirindən açıqlama

ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Volts Vaşinqtonun Kanada ərazisinə iddialar irəli sürməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib...

 

Poliqon xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində danışıb.

Volts bildirib ki, Trampın Kanadanı ihlaq etmək kimi bir planı yoxdur. Bununla belə, o, bəzi kanadalıların son 10 ildə baş nazir Castin Trüdonun idarəçiliyindən narazı olduğunu vurğulayıb:

"Bu, ABŞ-ın Qərb yarımkürəsində - Arktikadan tutmuş Panama kanalına qədər liderliyinin təsdiqidir. Biz Qrenlandiyadan Arktikada təhlükəsizliyə və Panama kanalının yenidən ABŞ-ın nəzarətinə qaytarılmasına qədər məsələlərdən danışırıq. Amerika çox uzun müddətdir ki, öz yarımkürəsindən kənarda qalır, halbuki burada enerji, ərzaq və həyati əhəmiyyət daşıyan faydalı qazıntılar var".

Xatırladaq ki, Tramp daha əvvəl dəfələrlə Kanadanın ABŞ-ın bir ştatı olması təklifini irəli sürüb. O, həmçinin Kanada, Meksika və Çin məhsullarının idxalına yüksək rüsumlar tətbiq edəcəyini açıqlamışdı.

Daha sonra Vaşinqton Kanada və Meksikaya yönələn tariflərin tətbiqini təxirə saldı. Bu qərarın iki ölkənin sərhəd mühafizəsini gücləndirmək razılığına gəlməsi ilə əlaqəli olduğu bildirilir.

Poliqon.info

 

Избранный
16
poliqon.info

1Источники