Rusiyanın Krasnodar şəhəri gecə saatlarında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda Rusiya mətbuatı məlumay yayıb.
Bildirilir ki, PUA mərkəzi yaşayış kompleksinin damına düşüb. Pilotsuz uçuş aparatının hissələri yolun kənarına səpələnib.
Qeyd olunur ki, Rusiya polisi və Fövqəladə Hallar Nazirliyi ərazini mühasirəyə alıb.
Şəhər qubernatoru bildirib ki, xəsarət alan olmayıb.