RU

Qazlı içki sevənlərə xəbərdarlıq: Tərkibində olan şəkər…

Rus həkimləri xərçəng xəstəliyinin inkişafı ilə qazlı içki istehlakı arasında əlaqə məsələsinə son qoyublar.

Medianews.az xəbər verir ki, həkimlər bu içkini bitki çayları ilə əvəz etməyin daha yaxşı olduğunu bildiriblər.

Mütəxəssislər xatırladıblar ki, qazlı içkilərin tərkibində süni əlavələr var və bəzi tədqiqatlar bu komponenti xərçəng riskinin artması ilə əlaqələndirir. Eyni zamanda ekspertlər vurğulayıblar ki, hazırda bu əlaqəni təsdiqləyən qəti elmi dəlil yoxdur.

Həkimlərin sözlərinə görə, içkilərin tərkibində olan şəkər piylənməyə, şəkərli diabetə və xərçəngə səbəb olan digər xəstəliklərə səbəb ola bilər.

Məsələn, piylənmə döş, kolorektal və mədəaltı vəzi xərçəngi inkişaf riskinin artması ilə əlaqələndirilir. Bundan əlavə, qazlı içkilərin tərkibindəki turşular diş minasına təsir göstərə bilər.

Həkimlər insanları qazlı içkiləri normada içməyi unutmamağa və mümkünsə onları su, bitki çayları və ya təbii şirələrlə əvəz etməyi tövsiyə ediblər.

Medianews.az

Избранный
33
medianews.az

1Источники