RU

“Qarabağ” reytinqdə gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların fevral ayına görə dünya reytinqini açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, bu dəfə Azərbaycanın 5 komandası siyahıya düşüb.

Onlardan ən yüksək göstəriciyə malik klub “Qarabağ”dır. İlk “yüzlük”də qərarlaşan ağdamlılar 166,25 xalla 87-ci yerdədi. Qurban Qurbanovun yetirmələri son reytinqlə müqayisədə 6 pillə geriləyib.

Siyahıdakı digər təmsilçilərimiz “Sabah” və “Turan Tovuz” da eyni aqibətlə üzləşib. “Sabah” 400-cü yerdən 414-cü pilləyə, “Turan Tovuz” isə 494-cü pillədən 499-cu yerə düşüb. Bakılılar 61, tovuzlular isə 53,75 xala malikdi.

Yalnız “Zirə”nin mövqeyi dəyişməyib. Rəşad Sadıqovun kollektivi 103,25 xalla 208-ci yerdə qalıb.

“Cebheinfo.az”

Избранный
23
3
cebheinfo.az

4Источники