"Qalatasaray" sağ cinah müdafiəçisi transferi üçün Przemyslav Frankovski ilə razılığa gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" "TRT Spor"a istinadən xəbər verir ki, "Qalatasaray" polşalı futbolçunun transferi üçün "Lens" klubu ilə də anlaşıb.
"Qalatasaray" Frankovskini məcburi satınalma şərti ilə icarəyə götürəcək.
Cari mövsümdə "Lens"in heyətində 21 oyuna çıxan polşalı futbolçu 5 qol vurub, 2 məhsuldar ötürmə edib.