Moskvada keçiriləcək Qələbə günü tədbirlərinə rəsmi dəvət Ermənistanın baş naziri Nikol Paşinyana çatdırılıb.
Publika.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “RİA Novosti”yə müsahibəsində bildirib.
“Qeyd etmək istərdim ki, bir neçə aydan sonra bütün ruslar keçmiş Sovet İttifaqı xalqları ilə birlikdə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyini qeyd edəcəklər. Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana rəsmi dəvət göndərilib”, - deyə səfir bildirib.