RU

Tramp Putinlə danışıqları TƏSDİQLƏDİ: “Ciddi nəticə gözləməyə dəyməz”

“Trampla Putin arasında uzun müddət davam edən, lakin gizlədilərək indi bəyan edilən danışıqlar fonunda hələ də nəticə əldə olunmaması onu göstərir ki, müharibənin tezliklə bitirilməsi ehtimalı maraqlı tərəflərdən ciddi şəkildə addımlar atılmasını tələb edir, xüsusilə də ABŞ-dən…”

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsi haqqında danışıqları davam etdirdiyi barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, məsələnin mahiyyəti ondan ibarətdir ki, Trampın hələ andiçmədən öncə başlatdığı və sonra davam edən görüşlərdən hələlik ciddi nəticənin alınmaması onu göstərir ki, hələlik ortalıqda ciddi irəliləyiş yoxdur:

“Əksinə Trampın verdiyi bəyanat, müəyyən mənada, Putinin Ukraynaya qarşı işğal hərəkətlərini hüquqi müstəvidə legitimləşdirmək xarakteri daşıyır. Putin etdiklərinə rəğmən, danışıqlarda qarşı tərəf kimi qəbul edilir. Lakin onun yerində olan digər işğalçılara ayrı münasibət var idi. Məsələn, Səddam Hüseynə. Putin isə bu münasibətdən sui-istifadə edir”.

A. Qasımova görə, müharibənin uzanması faktı da bununla bağlıdır:

“Putin ona qarşı münasibətdə çəkingənliyin olduğunu görür və danışıqlarda bir üst pərdədən çıxış edir, hansı ki, onunla güc dilində danışılmadı idi. Hesab edirəm ki, bu şəkildə davam edən danışıqlar prosesindən ciddi nəticə gözləməyə dəyməz. Tramp Putini danışıq masasına oturtmaq üçün Ukraynanın silahlanmasını gücləndirməli və Ukrayna ordusu cəbhədə ciddi uğurlu nəticələr əldə etməlidir. Bundan sonra Putin yola gələ bilər”.

Rafi Müslümov

Избранный
8
yenicag.az

1Источники