RU

Makron elan etdi: Fransa süni intellektə 109 milyard sərmayə qoyacaq

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçiriləcək Süni İntellekt Sammitində özəl sektorun süni intellekt sektoruna qoyacağı 109 milyard investisiyanın qoyulacağını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Makron \"France 2\" telekanalına müsahibəsi zamanı deyib.
 
Makron bu investisiyanın ABŞ-nin \"Stargate\" layihəsinə ekvivalent olacağını qeyd edib.

O, süni intellekt sahəsində dövlət və özəl aktorlar arasında əməkdaşlığı təmin edəcək qlobal tənzimləməyə və ölkəsinin bu yeni tərəqqi dövrünə qoşulmasına çağırıb.
 
Emmanuel Makron həmçinin bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə çatdırılacağını bildirib.

Qeyd edək ki, Parisdəki Grand Palaisdə bu gün başlayacaq və bir gün davam edəcək Süni İntellekt Fəaliyyət Sammitinə bir çox dövlət başçıları və nazirlərin, eləcə də aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin qatılacağı gözlənilir.

Mikayıl
Избранный
22
azxeber.com

1Источники