RU

Millimizin hücumçusu klubundan ayrılmağa hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Birinci Liqa təmsilçisi "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov komandadan ayrılmağa hazırlaşır.
Oxu.Az "Haber Ankara" nəşrinə istinadən xəbər verir ki, ötən yay transfer olunan millimizin üzvünün yaxın günlərdə klubu tərk edəcəyi bildirilib.
Qeyd olunub ki, 26 yaşlı futbolçu "Ankaragücü"nün ən bahalı oyunçularındandır. O, bu mövsüm 17 matçda meydana çıxıb, iki qol vurub və bir qolun ötürməsini edib.
Hətta Renat Dadaşov bu yaxınlarda əsas komandadan uzaqlaşdırılıb.
Qəzet yazır ki, R.Dadaşovla yanaşı, daha üç legioner futbolçu - Kevin Varqa, Riad Bajiç və Rikardo Saponara da klubdan göndəriləcək.
O da məlum olub ki, R.Dadaşova Azərbaycan klublarından təklif gəlsə də, o, karyerasını Türkiyədə davam etdirmək fikrində olduğunu bildirib.
Избранный
11
oxu.az

1Источники