RU

"Azərbaycan hazırda 54 ortagəlirli ölkələr sırasındadır" - Prezidentin köməkçisi

Image

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Dünya inkişafı haqqında hesabat”ın təqdimatı zamanı bəyan edib ki, Azərbaycan hazırda 54 ortagəlirli ölkələr sırasındadır. O bildirib ki, Dünya İnkişaf Hesabatının təqdimatı Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. 30 il ərzində Azərbaycan sıfırdan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub. SİTAT: “Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrin həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”.

Mətləb Salahov





Избранный
10
21
baki-xeber.com

10Источники