RU

“Paşinyan Qarabağdakı “rəhbər”lərin həbsi üçün Bakıya yalvarıb”

Qarabağdan könüllü köçən ermənilərin Ermənistanı sürətlə tərk etmələri yeni məlumat deyil. Tribunainfo.az xəbər verir ki, işsizlik və sosial problemlərdən dolayı İrəvanda duruş gətirə bilməyən ermənilər əsasən Rusiyaya axın edirlər.

Separatçıların nümayəndəsi David Qalstyan bu barədə danışarkən deyib ki, indiyə qədər 30 min erməni Ermənistanı tərk edib. “Onların böyük hissəsi Rusiyaya köçüb”.

Qalstyan başqa bir iddia ilə də çıxış edib. O deyib ki, guya, hazırda Bakıda mühakimə olunan terrorçular Ermənistan hakimiyyətinin xahişi ilə Azərbaycan həbsxanasına salınıb. “Onlar Paşinyanın siyasətini tənqid edən və Paşinyan hakimiyyəti üçün təhlükə yarada biləcək məlumatlara sahib olan insanlardır. İrəvan hökuməti də bunu yaxşı bilir. Mən hətta iddia edə bilərəm ki, Paşinyan onların həbs olunaraq, Bakıya aparılması üçün Azərbaycana yalvarıb”.

 

Избранный
10
tribunainfo.az

1Источники