RU

“ASAN xidmət” bu şirkətə 716 minlik sifariş verdi

Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi ilə "Təmizliyin İncisi"  MMC arasında müqavilə bağlanıb.

Valyuta.az xəbər verir ki, müqavilə Tovuz,1 saylı Gəncə və 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərin satınalınması ilə bağlıdır.

Tərəflər arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 716 min 363 manatdır.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Qurbanov Əvəz İsmayıl oğludur. Şirkət 2016-cı ilin noyabr ayında qeydiyyata alınıb.

Sərvanə Rəmixanova

 

Избранный
15
valyuta.az

1Источники