İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Sistan və Bəlucistan əyalətinin Hirmənd bölgəsində 10 etnik bəlucu həbs edib.
Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.
Məlumata görə, fevralın 9-da həbs edilənlər döyülüb, onların hara aparıldıqları və ittihamları barədə açıqlama verilməyib.
Qeyd edək ki, yanvar ayında da 53 bəluc saxlanılaraq naməlum yerlərə aparılıb.
visiontv.az