Naxçıvan, 10 fevral, AZƏRTAC
Bakı şəhərində 2010-2011-ci il təvəllüdlü idmançıların atletika üzrə ölkə birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Bakı Atletika Mərkəzində reallaşan yarışa muxtar respublikadan 1 məşqçi, 5 idmançı qatılıb. Naxçıvan təmsilçilərindən Namiq Babayev gözləntiləri doğruldub. Yeniyetmə atlet həm 800 metr (2:13.97), həm də 1500 metr (4:44.94) məsafəyə qaçış yarışlarında qızıl medal qazanmağa müvəffəq olub.
Digər idmançılardan Ayxan Sadiqli, Elmira İsmayilova, Aysel Hüseynova və Aylin Bədəlli müxtəlif məsafələr üzrə yarışıblar.