RU

Almaniyada helikopter qəzaya uğrayıb: Ölənlər var

Almaniyanın Orta Frankoniya bölgəsində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.  

"Cebheinfo.az" xəbər verir ki, polis rəsmiləri bildiriblər ki, qəzadan sonra ərazidə böyük dağıntı qeydə alınıb.

Qəzanın səbəbi hələlik məlum deyil, ekspertlərin qalıqları araşdırmağa davam etdiyi bildirilir.

Qeyd olunur ki, qəza Münhen və Nürnberq arasındakı Qredinqin Hofberq rayonunda baş verib.  

Polis sözçüsü Janine Mendelin sözlərinə görə, yüngül çoxməqsədli dördyerlik kommersiya helikopteri meşəlik ərazidə qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 50 və 76 yaşlı iki kişi ölüb.

Helikopterin haradan qalxdığı və hansı marşrutla getdiyi hələ müəyyən edilməyib.  

Bildirilib ki, Federal Təyyarə Qəzalarının Araşdırılması Agentliyinin (BFU) eksperti və kriminal polis qrupunun iki eksperti hadisə yerində ekspertiza keçirib.

Избранный
73
6
cebheinfo.az

9Источники