Məlumata əsasən, 787 hektar ərazi minalardan təmizlənib.
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir.
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır.
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir.
Azərbaycan ərazilərinin minalanmasına görə Avropada üçüncü, dünyada isə onuncu yerdə qərarlaşıb.
Hazırda Qarabağda minaların təmizlənməsi prosesini ANAMA, Müdafiə Nazirliyi, Fövqəlada Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri birgə həyata keçirir.
Aytac
www.anews.az