RU

Flik “Sevilya” üzərində darmadağını şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 23-cü turunda “Sevilya” ilə səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “blauqrana” azlıqda (10 nəfərlə) qalmasına rəğmən, rəqibini 4:1 hesabı ilə məğlub edib.

“Mən oyunumuzu qeyd etmək istəyirəm. Birinci hissədə biz yaxşı idik, ikincisində hissədə isə mübarizə aparırdıq. Rəqibin cinahlar üzərində sürətli oyunçuları vardı, biz isə onları yaxşıca tutub-saxladıq. Biz səbrli idik”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

Flik həmçinin çempionluq uğrunda mübarizə yürüşündən söhbət açıb, belə ki, hazırda İspaniya La Liqasının yarış cədvəlinin ilk üçlüyündə sıxlıq var:

“Bizim, digər klublara işimiz yoxdur, onlara əhəmiyyət vermirik. Biz öz işimizi icra etməliyik. Bu gün biz bunun öhdəsindən çox yaxşı gəldik. Biz digər komandalara deyil, özümüzə diqqət yetirmək istəyirik”, – ESPN şəbəkəsi Flikin oyunsonrası mətbuat toplanrtısında səsləndirdiyi fikri təqdim edir.

23 turdan sonra İspaniya La Liqasının ilk üçlüyü belə sıralanıb: “Real” – 50 xal, Madrid “Atletiko”su – 49 xal, “Barselona” – 48 xal. “Sevilya” isə 28 xalla 12-ci pillədədir.

Избранный
51
arena.az

1Источники