ABŞ prezidenti Donald Tramp Meksika körfəzi üzərindən uçarkən fevralın 9-nu “Amerika Körfəzi Günü” elan edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.
Bildirilib ki, Tramp dövlət rəsmilərini və bütün ABŞ xalqını bu günü müvafiq proqramlar, mərasimlər və fəaliyyətlərlə qeyd etməyə çağırıb.
“Donald Tramp hökumətə sağlam düşüncə gətirir və Amerika sivilizasiyasının əsaslarını yeniləyir”, - deyə açıqlamada qeyd olunub.