Klubların yeni dünya reytinqini açıqlanıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, siyahıda Azərbaycanın 4 təmsilçisi yer alıb. “Qarabağ” 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Ağdam komandası 6 pillə geriləyib.
Aktivində 103,25 xal olan “Zirə”nin mövqeyi dəyişməyib – 208-ci sıra. “Sabah” 61 xalla 414-cüdür. Paytaxt təmsilçisi 14 pillə geriləyib.
“Turan Tovuz” isə 5 pillə geri düşüb. Bölgə klubu 53,75 xalla 499-cudur.