Ajans.az xəbər verir ki, bu barədə “Fox” məlumat yayıb.
Bu addım, Ukraynanın hava müdafiəsini artırmaq və Rusiya ilə davam edən münaqişədə üstünlük əldə etmək üçün atılıb. Fransa hökuməti, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu yardımların davam edəcəyini bəyan edib.
Təyyarələrin dəqiq sayı və növü barədə ətraflı məlumat verilməsə də, bu yardımın Ukrayna ordusunun əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Bəzi analitiklər, bu addımın regiondakı güc balansına təsir edəcəyini düşünürlər.