RU

Netanyahu Trampın qəddar planını tərifləyib

Bakı, TurkicWorld

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Qəzzaya dair planını inqilabi və yaradıcı adlandırıb.

Tramp Qəzza ilə bağlı qalmaqallı açıqlamalar verməkdə davam edir

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, dünən ABŞ səfərini başa vuraraq ölkəsinə qayıdan Netanyahu, Nazirlər Kabinetinin iclasından əvvəl verdiyi açıqlamada Tramp və yüksək səviyyəli ABŞ rəsmiləri ilə görüşdüyünü bildirib.

Netanyahu, müharibədə əldə etdikləri uğurlardan danışaraq, İsrailin hazırda bir neçə ay əvvəl təsəvvür edə bilmədiyi imkanlara sahib olduğunu iddia edib. O, Trampın addımlarından çox təsirləndiyini vurğulayıb.

Görüş zamanı iki başçı arasında HƏMAS-ın tamamilə zərərsizləşdirilməsi, İsrailli məhbusların geri qaytarılması, Qəzzanın İsrail üçün təhlükə yaratmaması, Şimal və cənubda yaşayan israilli köçkünlərin geri qayıtması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmas məslələrində razılığa gəlinib.

Trampın Qəzzaya dair təklifini “inqilabi və yaradıcı” kimi xarakterizə edən Netanyahu, atəşkəs razılaşmasının tam şəkildə yerinə yetirildiyini müdafiə edib.

Vaşinqton səfəri çərçivəsində Trampın dəvəti ilə görüşlər keçirən Netanyahu, ABŞ prezidentinin Qəzzadakı fələstinlilərin digər ölkələrə, xüsusilə İordaniya və Misirə köçürülməsi planını təqdim etdiyini bildirib.

Избранный
17
turkic.world

1Источники