RU

ABŞ-nin vitse-prezidenti Zelenski ilə görüşəcək

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Məlumata görə, tədbirdə Ukrayna nümayəndə heyətinə Zelenski, Amerika nümayəndə heyətinə isə Ceyms Devid Vens başçılıq edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 7-də jurnalistlərə bildirib ki, o, yaxın günlərdə Vaşinqtonda Ukrayna lideri ilə “görüşə bilər”.

Aylin
Xəzərnews.az


Xəbər 3 dəfə oxunub.
Избранный
12
xezernews.az

1Источники