RU

Əsədin qadağan etdiyi film ilk dəfə nümayiş etdirildi

Suriyada devrilmiş Bəşər Əsəd rejiminin qadağan etdiyi film ilk dəfə ölkədə nümayiş etdirilib.

"Cebheinfo.az" xəbər verir ki, aktyor Qatfan Qannumun rejissorluğu ilə çəkilmiş film Dəməşqdəki Dövlət Opera Teatrında nümayiş olunub.

Baas rejimi dövründə qadağan olunmuş filmin ölkədə ilk nümayişinə sənətsevərlər böyük maraq göstərib.

2024-cü ildə lentə alınan "Pis oğul" filmi Hafiz Əsəd və Bəşər Əsəd dövründə Baas rejiminin xalqa qarşı zülm və təzyiqlərindən bəhs edir.

Qannum Türkiyənin "Anadolu" agentliyinə açıqlamasında rejimin qadağan olunmuş filmlər siyahısında olan filmin nümayiş etdirilməsindən çox xoşbəxt olduğunu ifadə edərək, "Bu qədər insanın burada olmasından çox xoşbəxtəm. Onların iştirakından qürur duyuram" deyib.

Filmin Suriyada tamaşaçılarla görüşməsi arzusunun gerçəkləşdiyini ifadə edən Qannum, "Daha əvvəl də filmin Suriyada nümayiş etdirilməsini istədiyimi bildirmişdim. İnsanların hər zaman kinoya maraq göstərmələrini istəyirəm. 

Vətəndaşlar da bu səylərə çox böyük maraq göstərirlər. Filmi izləməyə gələn hər kəsə təşəkkür edirəm" deyib.  

Избранный
54
2
cebheinfo.az

3Источники