RU

Səməd Bəşirli: "Texnoloji inkişaf insan kapitalının səviyyəsi və bacarıqları ilə paralel olmalıdır"

Texnoloji inkişaf insan kapitalının səviyyəsi və bacarıqları ilə paralel olmalıdır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, məhsuldarlığı artırmaq üçün texnologiyanın olması şərt deyil: "Çox zaman belə bir tənqidlə qarşılaşırıq ki, neft gəlirləri daha çox infrastrukturun inkişaf etdirilməsində istifadə edilir. Ancaq infrastruktura, eləcə də insan resurslarına vəsait yatırmadan texnologiyaların alınması, ölkəyə gətirilməsi texnoloji inkişafa kömək etməyəcək. Bu mənada digər ölkələrdən texnologiyaların əldə edilməsi, ölkədə tətbiqi sənaye zonalarında və ümumilikdə qeyri-neft-qaz sektorunda bizə dəstək olur".

Избранный
1
1
report.az

2Источники