RU

Bakının bu ərazisində qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Pravda.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. Sarabski, A. Qurbanov, Mərdanov qardaşları, N. Vəzirov, M. Sənani, A. Səhhət, N. Yusifbəyli, İ. İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tarix: 10 Fevral 2025, 12:48   
Избранный
17
43
pravda.az

10Источники