RU

AYNA: Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində yolda məhdudiyyət tətbiq olunub

Buna səbəb ərazidə aparılan tikinti işləridir.

Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur.

AYNA-dan Operativ Media-ya verilən məlumata görə, tikinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir.

Bununla əlaqədar olaraq sürücülərdənsözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.
 

Избранный
21
31
operativmedia.az

10Источники