RU

"Lincoln Project": Tramp və Mask toqquşa bilər

ABŞ prezidenti Donald Tramp Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Maska qarşı mübarizəyə başlaya bilər. 

Bakıvaxtı.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bunu Amerikanın "Lincoln Project" siyasi fəaliyyət komitəsinin həmtəsisçisi Rik Uilson deyib.

Onun sözlərinə görə, Mask 426 milyard dollarlıq sərvəti  və "X" sosial şəbəkəsi vasitəsilə böyük gücə və təsirə malikdir:

"İlon Maskın indi öz güc bazası var. Onun özünəməxsus şəxsiyyət kultu var. Bu eqoların toqquşacağı bir məqam gələcək".

Gülşən Şərif

Избранный
8
bakivaxti.az

1Источники