RU

73 yaşlı kişi kanaldan çıxarıldı

Sumqayıtda kanala düşən 73 yaşlı kişi xilas olunub.

Yenisabah.az xəbər verir ki, gecə saatlarında 73 yaşlı Bəhram Fərzəliyev şəhər ərazisində yerləşən su kanalı boyunca hərəkət edərkən müvazinətini itirərək kanala düşüb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onu kanaldan çıxarıblar.

B.Fərzəliyevi ilkin tibbi müdaxilə ilə həyatını xilas etmək mümkün olub. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları onu ailəsinə təhvil verib.


Telegram kanalımız
Избранный
5
7
yenisabah.az

8Источники