RU

Baş prokuror Xəzər rayonunda vətəndaşların müraciətini dinləyəcək

Bakı, 10 fevral, AZƏRTAC

Baş prokuror Kamran Əliyev fevralın 14-də saat 10:00-da Xəzər rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların müraciətini dinləyəcək.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat veriblər.

Vətəndaşlar qəbulla bağlı Xəzər rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Избранный
44
34
azertag.az

10Источники