RU

“Avroviziya” mahnımız bu tarixdə təqdim olunacaq!

Bu il ölkəmizi nüfuzlu “Avroviziya-2025” beynəxalq mahnı yarışmasında “Mamagama” qrupu təmsil edəcək. 

OLAY yazır ki, yarışmanın Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova  qonaq olduğu “Sabahın xeyir, Azərbaycan” verilişində təmsilçilərimizin Avropa səhnəsində səsləndirəcəkləri mahnının artıq hazır olduğunu açıqlayıb.

“Klip də çəkilib, montaj prosesi davam edir. Təqdimat yaxın günlərdə olacaq. Bəzi məqamları sürpriz saxlayırıq. Bizə olan inam artacaq. Bu mahnı "Mamagama"nın məhsuludur. Müəllif özləridir. Məqsədim odur ki, neçə ildir finala keçməmək karmasını dağıdım. Mahnıda xüsusi bir hissə var. Bunu anons edirəm ki, həyəcanla gözlənilsin”.

Nurlana əlavə edib ki, klip 20-25 fevral tarixləri arasında təqdim ediləcək.

Избранный
18
4
olay.az

5Источники