RU

Si Cinpin qərar verdi: Mayın 9-da Moskvaya gələcək?

Çin lideri Si Cinpin İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirə gəlmək dəvətinə müsbət cavab verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov “Rossiya-24” telekanalının efirində bildirib.

"Çin Xalq Respublikasının Sədri Si Cinpin mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak etmək dəvəti qəbul edib", - səfir bildirib.

Çin prezidenti də qarşılıqlı jest olaraq Rusiya prezidenti Vladimir Putini sentyabrın əvvəlində Çində keçiriləcək bayram tədbirlərinə dəvət edib.

Избранный
19
4
publika.az

5Источники