RU

İkiqat dünya çempionun adı yığmanın heyətindən çıxarılıb

Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkin Bakıda keçiriləcək Dünya kubokunda çıxış etməyəcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının liderinin adı ilkin ərizədə yer alsa da, püşkatmadan sonra çıxarılıb.

Milli Gimnastika Arenasında baş tutacaq turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Batut gimnastikasında isə Selcan Maxsudova, Əli Niftəliyev, Nicat Mirzəyev, Mehdi Əliyev və Şəfiqə Hümbətova güclərini sınayacaqlar.

Qeyd edək ki, yarış fevralın 22-23-də keçiriləcək.

İdman.biz

Избранный
17
3
idman.biz

4Источники