RU

Tramp 9 Fevralı Amerika Körfəzi Günü elan edib

Bakı, TurkicWorld

ABŞ Prezidenti Donald Tramp, Meksika körfəzi üzərində uçarkən, 9 fevral tarixini “Amerika Körfəzi Günü” elan edən bəyannamə imzalayıb.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki , Tramp, bu günü qeyd etmək üçün dövlət rəsmilərini və ABŞ xalqını müvafiq tədbirlər keçirməyə çağırıb.

Bu qərar, Trampın yanvarın 20-də imzaladığı və Meksika körfəzinin adının “Amerika Körfəzi” olaraq dəyişdirilməsini əmr edən sərəncamla əlaqədardır. “Prezident Tramp hökumətə sağlam düşüncə gətirir və Amerika sivilizasiyasının əsaslarını yeniləyir.” - Ağ Evin açıqlamasında qeyd edilib.

Qeyd edək ki, Google Maps də bu dəyişikliyə uyğun olaraq, ABŞ-dəki istifadəçilər üçün körfəzin adını “Amerika Körfəzi” kimi göstərəcəyini bildirib. Digər ölkələrdə isə həm “Meksika körfəzi”, həm də “Amerika Körfəzi” adları istifadə olunacaq. Bundan əlavə, Alyaskadakı Denali dağının adının da “McKinley” olaraq dəyişdiriləcəyi açıqlanıb.

Избранный
5
turkic.world

1Источники