RU

Rəşad Rəsullu: Bakıdakı "Böyük Dəbilqə"yə yüksək səviyyədə hazırlaşırıq

Bakı, 10 fevral, AZƏRTAC

"Turnirə hazırlığımız yüksək səviyyədə keçir. Cüdosevərləri Bakıda çox maraqlı yarış gözləyir".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi zamanı Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri ilə bağlı danışarkən deyib.

Milli komandanın ötən həftə Parisdə təlim-məşq toplanışında iştirak etdiyini xatırladan mütəxəssis yarışın rəqabətli keçəcəyini bildirib: "Bəzi komandalar artıq ötən həftədən Bakıdadır və turnirə hazırlaşırlar. Yaponiya yığmasının üzvləri isə bu gün ölkəmizə çatıblar. Çox yaxşı yarış izləyəcəyik".

O, turnirin nüfuzlu yarışlara yoxlanış xarakteri daşıdığını söyləyib: "Böyük Dəbilqə" idmançıların formasını dəyərləndirmək, Avropa və dünya çempionatlarina, eləcə də ilin sonunda təşkil olunacaq İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədi daşıyır".

Qeyd edək ki, fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək “Böyük Dəbilqə”də 39 ölkədən ümumilikdə 281 cüdoçu mübarizə aparacaq.

Избранный
6
1
azertag.az

2Источники