RU

Mixail Malkin niyə heyətdən kənarda qalıb?

Tamblinq üzrə ikiqat dünya çempionu Mixail Malkinin Bakıda keçiriləcək Dünya kubokunda iştirak etməməsinin səbəbi məlum olub.

Bu barədə İdman.biz-ə Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Malkin zədə səbəbindən heyətdən kənarda qalıb.

Qeyd edək ki, Azərbaycan yığmasının liderinin adı ilkin ərizədə yer alsa da, püşkatmadan sonra çıxarılıb. Milli Gimnastika Arenasında baş tutacaq turnirdə tamblinq növündə Adil Hacızadə və Tofiq Əliyev mübarizə aparacaqlar. Yarış fevralın 22-23-də keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Избранный
26
idman.biz

1Источники