Türkiyə Super Liqasında klub prezidenti istefa verib.

Offsideplus.az xəbər verir ki, "Adana Demirspor"un prezidenti Bedirhan Durak komandada tutduğu vəzifədən ayrıldığını açıqlayıb.

Durak bununla əlaqədar sosial şəbəkə hesabında paylaşım edib və Adana təmsilçisinə rəhbərlik etdiyi müddət ərzində işini layiqli formada icra etmək üçün gecəsini gündüzünə qatdığını, cibindən, sağlamlığından, zamanından maksimum istifadə etdiyini bildirib.