Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 3 milyon 915 min 2 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 9 milyon 536 min 887 dollar məbləğində tekstil məhsulları ixrac edib.
Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına tekstil məhsulları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz artaraq, 827 min 111 dollara bərabər olub.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 9 milyard 495 milyon 712 dollara bərabər olub.