RU

Azərbaycan klubunun pulunu balta kəsməyən yeni himayədarı kimdir?

«Kəpəz» yeni təqdimata hazırlıq görür.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, təqdimat sponsor anlaşmasıyla bağlıdır.

Belə ki, Gəncə təmsilçisi yaxınlarda anlaşdığı şirkətlə münasibətlərini rəsmiləşdirməyi və bunu ictimaiyyət önündə açıqlamağı planlaşdırır.

«Sarı-göylər»in tərəfdaşı əsasən ərəb ölkələrində fəaliyyət göstərir. Mərkəzi ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir.

Qida sektoru başda olmaqla, bir neçə istiqamət üzrə çalışan şirkətin idarəçiləri azərbaycanlıdır.

Onlar öz aralarından bir nəfəri «Kəpəz» üzrə təmsilçi təyin edib. Bu da həmin şəxsin gəncəli olmasıyla əlaqədardır.

Yeni portnyor ilkin mərhələdə «Kəpəz»ə 500 min manat ayırıb. Nizami yurdunun komandası 2025-ci ildə həyata keçirdiyi transferləri onların vəsaiti hesabına rəsmiləşdirib.

Məbləğin qalan hissəsi isə mükafat fondu olaraq nəzərdə tutulub.

Kollektivin qarşısına Premyer Liqada qalmaq məqsədi qoyan tərəfdaş hər oyuna görə futbolçulara 2000-2500 manat ödəməyə hazırdır.

SRORTİNFO.AZ

Избранный
12
sportinfo.az

1Источники