RU

​Yaponiyada iki qar uçqunu yüzlərlə insana təsir edib

Yaponiyanın şimal-şərqindəki Fukusimada iki qar uçqunu baş verib. Metbuat.az xəbər verir ki, təbii fəlakət Tsuçiyuda fəsadlara səbəb olub. Məlumata görə, qar uçqunu nəticəsində 100-dən çox insan otellərdə köməksiz qalıb. Bildirilir ki, iki qar uçqunundan sonra qəsəbədə qarın qalınlığı 1,5 metrə qədər artıb və otellərə çıxışı təmin edən yollar bağlanıb. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə çox sayda texnika cəlb edilib. Qartəmizləyən maşının relsdən çıxmasından sonra Yamaqata qatar xəttində xidmətlər müvəqqəti olaraq dayandırılıb.

Yerli dairələr vacib olmadıqca sakinlərə evlərini tərk etməməyi tövsiyyə edib. Yağıntılı havanın hələ davam edəcəyi barədə xəbərdarlıq edilib.

Избранный
7
1
metbuat.az

2Источники