RU

Azərbaycanın U-19 millisinin seçmə mərhələ üçün heyəti bəlli olub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin matçları üçün heyəti bəlli olub.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmaya 18 oyunçu cəlb edilib.

Komanda bu gündən fevralın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının II seçmə mərhələsinin B qrupunda iştirak edəcək. Milli fevralın 18-də Şimali İrlandiya, fevralın 21-də Albaniya, 3 gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.

Избранный
55
1
bakivaxti.az

10Источники