19 yaşadək qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.
Msport.az xəbər verir ki, millimiz fevralın 14-dək Bakıda hazırlıq keçəcək.
Komanda ayın 15-də Avropa çempionatının II seçmə mərhələsinin oyunları üçün Albaniyaya yollanacaq. Fevralın 26-dək Albaniyada qalacaq milli B qrupunda mübarizə aparacaq.
Millinin heyəti və oyunlarının təqvimi aşağıdakı kimidir:
Mehriban Şahməmmədova, Məsumə Nəzərli, Mədinə Curuqova, Aysu Murtuzayeva, Lalə Abbaszadə (hamısı “Neftçi”), Güləsər İsmailova, Fatimə Əhmədova, Röya Əliyeva, Mədinə Qadimaliyeva (hamısı “Sumqayıt”), Aydan Əkbərova, Pərişan Abdullayeva, Vahidə Əlipaşayeva, Aysel Cumayeva (hamısı “Dirçəliş”), Aysel Ziyadova, Səma Həsənli, Günel Muradova (hamısı “Qəbələ”), Ülviyyə İslamova (“Baku Juniors”), Aydan Həsənova (“Gazikentspor”, Türkiyə).
18 fevral
14:30 Şimali İrlandiya – Azərbaycan
Tirana, “House of Football Natural Pitch”
21 fevral
17:30. Albaniya – Azərbaycan
Eqnatiya, “Rrogozhine”
24 fevral
17:30. Azərbaycan – Monteneqro
Tirana, “House of Football Natural Pitch”