RU

Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə görüşə hazırlaşır

Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə görüşə hazırlaşır

ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əs-Sisi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla görüşmək niyyətindədir. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp özü bəyan edib. O bildirib ki, Əbdülfəttah əs-Sisi və Məhəmməd bin Salman Əl Səudla hətta bir neçə dəfə görüşmək niyyətindədir. Amerika lideri bu görüşlərin nə vaxt və harada keçirilə biləcəyini dəqiqləşdirməyib.Tramp Misir prezidenti və Səudiyyə vəliəhdi ilə konkret hansı mövzuları müzakirə etmək niyyətində olduğunu açıqlamayıb. Eyni zamanda, Amerika lideri fələstinlilərin Qəzza zolağından öz ərazilərinə köçürülməsinin zəruriliyinə ərəb ölkələrinin liderlərini inandıra biləcəyinə əminliyini ifadə edib: “Niyə onları qəbul etməyə cəsarət etmirlər? Çünki mənimlə danışmadılar” deyib. Mənimlə danışdıqdan sonra onları qəbul edəcəklər”.

Избранный
6
afn.az

1Источники