RU

Makron: "ABŞ Aİ-yə yeni tariflər tətbiq edərsə, özündə inflyasiyaya gətirib çıxaracaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ağ Evin əsas problemi Çindir".
Oxu.Az CNN-ə istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Avropa İttifaqı (Aİ) ölkələrinə gömrük vergiləri tətbiq etmək planlarını şərh edərkən söyləyib.
Onun sözlərinə görə, ABŞ üçün Avropa ilə əlaqələr birinci dərəcəli mövzu deyil:
"Vaşinqton Aİ iqtisadiyyatına zərər verməkdənsə, diqqətini digər çətinliklərə cəmləməlidir. Ağ Ev üçün əsas problem Çindir".
Fransa lideri hesab edir ki, ABŞ gömrük vergilərini tətbiq edərsə, bu, Birləşmiş Ştatların özündə qiymət artımına və inflyasiyaya gətirib çıxaracaq.
Xatırladaq ki,  D.Tramp ABŞ-nin Aİ ilə ticarətdə 300 milyard dollardan artıq kəsiri olduğunu və bu məqsədlə yeni tariflər tətbiq edəcəyini bildirmişdi.
Избранный
5
oxu.az

1Источники