"Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün yeni Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın müdafiə naziri Əziz Nəsirzadə bildirib.
"Amerikalılar boş-boş danışır. Biz sanksiyalar və hədələr altında danışıqlar aparmırıq. Və ABŞ-ın hazırkı hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik", - deyə o bildirib.