Türkiyəli məşhur müğənni Sezen Aksu yeni albomunu təqdim etməyə hazırlaşır.
Axşam.az xəbər verir ki, ifaçı 5 il aradan sonra studiyaya girərək 12 mahnı yazdırıb. Bunlardan 3-ü yeni mahnıdır. Həmçinin albomda dünyasını dəyişən Ferdi Tayfurun da bir mahnısı yer alacaq.
Albomun adı "Paşa gönlümün şarkıları" olacaq.